2020-ci il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 33 ölkəsinə 45,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.
Məlumata görə,bu gözsərici 2019-cu il ilə müqayisədə 4% artıb.ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib
Müəllif: Aynur Qəniyeva