BİZNES

29 Yanvar

Azərbaycan xaricə ən çox bu məhsulu satıb

 2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında birinci yerdə  205,6 milyon ABŞ dolları dəyərində ixracla qızıl olub.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.

Məlumata görə ikinci tomat -pomidor 201.4 milyon ABŞ dolları dəyərində  üçüncü və pambıq mahlıcı 131.9 milyon ABŞ dolları dəyərində  olub.

Ümumiyyətlə, 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 milyon, pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon,  pambıq ipliyi ixracı 19 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı  24,7 milyon, çay ixracı 9,5 milyon ABŞ dolları təşkil edib.