BİZNES

27 Yanvar

Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatını ən son bu tarixdə verə bilər -NAZİRLİK AÇIQLAYIR

Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Fins.az xəbər verir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.

Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
1. Maliyyə vəziyyəti haqqında hesabat
2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib. 

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Müəllif:Aynur Qəniyeva