BİZNES

26 Yanvar

Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

2020-ci ildə Naxçıvan Muxtar Respublikasında sahibkarlara 37,67 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 29,2% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, verilən kreditin 16,86 mln. manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20,816 mln. manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 37 hüquqi və 2 404 fiziki şəxs qeydiyyata alınıb.

Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.