Bu gün Rosselxoznadzorun təşəbbüsü ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə danışıqlar aparılacaq.
Fins.az xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
Məlumata görə, bundan əvvəl Rosselxoznadzor AİB-ə üzv ölkələr üçün karantin obyektinə - pomidor güvəsinə (Tuta absoluta (Povolny)) yoluxmuş pomidorların Azərbaycandan gətirilməsinin yeni hallarını aşkarladığını bildirib.
Qeyd edilib ki, zərərverici əvvəllər fitosanitar monitorinq əsasında və Azərbaycanın səlahiyyətli şöbəsinin zəmanəti ilə Rusiyaya çatdırılmasına icazə verilən 5 müəssisənin məhsulunda aşkar edilib.
Müəllif:Aynur Qəniyeva