2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 32,9% - 138,3 min ədədə qədər azalıb.
Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $34 milyon 484,3 min məbləğində (azalma 30%) qiymətləndirilir.
Yanvar-noyabr aylarında Azərbaycana 113 milyon 51,5 min dollar dəyərində yəni 49,7% artıb.
Eyni zamanda 615 min ədəd 17,1% daha çox hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 7,3% - 155,9 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri 30 milyon 907,8 min dollar 12,8% azalıb.