BİZNES

21 Yanvar

Azərbaycanda sahibkarlıqla məşğul olan şəxslərin sayı 16,2% artıb

2021-ci il yanvarın 1-nə Azərbaycanda 155,435 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 6,3% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2020-ci ildə 9,619 min hüquqi şəxs qeydiyyata alınıb, 417 hüquqi şəxs fəaliyyətini dayandırıb.

2021-ci il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 142,977 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 92%-i) özəl müəssisələrin (o cümlədən 12,309 min hüquqi şəxs xarici, 3,016 min hüquqi şəxs birgə müəssisələrin), 10,729 min hüquqi şəxs (6,9%) dövlət müəssisələrinin, 1,729 min hüquqi şəxs (1,1%) bələdiyyələrin payına düşür.

Bundan başqa, 2021-ci il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 milyon 62,537 min fiziki şəxs qeydiyyatdan keçib. 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 16,2% artıb