Sahibkarlığın İnkişafı Fondunun 2021-2023-cü illər üzrə Strateji planı müzakirə edilib
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat verib.
Nazir tvitində , "Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının iclasında 2021-2023-cü illər üçün Fondun Strateji Planını, güzəştli kreditlərin daha səmərəli yerləşdirilməsi üzrə prioritetləri, kiçik və orta biznesin bu kreditlərdən daha çox yararlanması imkanlarını müzakirə etdik."-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva
