BİZNES

21 Yanvar

İşğaldan azad olunan ərazilərin radiasiya fonu xüsusi dronlar vasitəsilə ölçüləcək

İşğaldan azad olunan ərazilərin radiasiya fonu xüsusi dronlar vasitəsilə ölçüləcək

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Azeltech” şirkəti tərəfindən yeni funksiyaya malik dronların istehsalı üçün hazırlıq işləri aparılır.

YTP-dən fins.az-a verilən məlumata görə, istehsal olunacaq dronlar işğaldan azad olunan ərazilərdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, həmçinin Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisində basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.
Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunan ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.