BİZNES

21 Yanvar

Sahibkarlar Konfederasiyası ilə TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatı (TÜMKİAD) arasında Bakıda anlaşma memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, sənədi ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və TÜMKİAD-ın sədri İlhamı Öztürk imzalayıb.
Görüşdə ASK-nın vitse prezidenti, memorandumun nəticəsi olaraq iki ölkənin iş adamlarının arasında biznes forumun təşkil olunacağını qeyd edib. O, Türkiyə iş adamlarının Azərbaycana investisiya etmək niyyətində olan, iş birliyi qurmaq istəyən şirkətlərin yerli iş adamları ilə görüşlərinin təşkilinin vacib məqamlardan biri olduğunu qeyd edib.
Görüşdə işğaldan azad olunan rayonlarda məşğulluğun təşkil edilməsi məqsədilə sənaye zavodların və fabriklərin qurulması məsələsinə toxunulub.