Yevlax şəhərində də KOB evi fəaliyyətə başlayacaq
Fins.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib
Məlumata görəBakı şəhərində isə KOB evinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Bildirilir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Xaçmaz KOB evi 2020-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Burada sahibkarlara İqtisadiyyat Nazirliyi və onun qurumları (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO), Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və s. tərəfindən 150-yə yaxın “G2B” xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri “B2B” xidmətləri göstərilir.
Müəllif:Aynur Qəniyeva