BİZNES

18 Yanvar

Azərbaycanda bir ölkə sakini ticarət şəbəkələrində nə qədər pul xərcləyib?-MƏBLƏĞ

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları qeyri-ərzaq malları alıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə 2020-ci ildə istehlak məhsullarının dəyər ifadəsində 22,7 faizi ticarət müəssisələri, 54,6 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılıb.

2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artmış, bazar və yarmarkalarda isə 17,2 faiz azalıb.

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alıb.

Müəllif: Aynur Qəniyeva