BİZNES

18 Yanvar

Azərbaycanın pərakəndə ticarət şəbəkələrinin dövriyyəsi nə qədər olub?-MƏBLƏĞ

2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq  ərzaq, içki tütün məmulatları və qeyri-ərzaq malları satılıb.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 faiz artıb. 

Müəllif: Aynur Qəniyeva