BİZNES

30 Dekabr

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı artıb

Bakı 30 dekabr Fins.az

Yanvar-noyabr aylarında ölkəyə 14,9 min tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.

İdxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 73,3 milyon dollar olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə 63,6 milyon dollarlıq 12,4 min tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.