Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 10 934,61 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, ixracın əyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,6% azalıb.
Cari ilin 11 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,67%-ə bərabər olub.
Hesabat dövründə qeyd olunan məhsulların ölkəyə idxalının dəyəri 56 427,85 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 8,4% azdır. Cari ilin yanvar-noyabr aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,58% təşkil edib.