BİZNES

29 Dekabr

Azərbaycana əczaçılıq məhsullarının idxalı artıb

Bakı 29 dekabr Fins.az

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 331 milyon 175,03 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 331 milyon 175,03 min dollar dəyərində (artım 26%) 20 min 633,47 ton (artım 42,1%) əczaçılıq məhsulları idxal edilib.

2020-ci ilin noyabr ayında ölkəyə 26 milyon 543,19 min  dollar dəyərində 1 min 883,93 ton əczaçılıq məhsulları idxal edilib.

2019-cu ildə Azərbaycana 296 milyon 531,79 min  dollar dəyərində 16 min 526,55 ton əczaçılıq məhsulları idxal edilib