BİZNES

29 Dekabr

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi azalıb

Bakı 29 dekabr Fins.az

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 417 milyon 606,05 min təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 11,5% azdır.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Yanvar-noyabr aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,63%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə Azərbaycan Rusiyaya $644 milyon 661,67 min dəyərində (azalma 2,4%) məhsul ixrac edib Bütövlükdə, Azərbaycandan ixracın 4,94%-i Rusiyanın payına düşüb.

Yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 772 milyon 944,38 min (azalma 14,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,31% Rusiyadan tədarükün payına düşüb.

Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 128 milyon 282,71 min təşkil edib.