BİZNES

29 Dekabr

Azərbaycanın xarici ticarətinin müsbət saldosu 43% azalıb

 Bakı 29 dekabr Fins.az 

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 3 milyard 375 milyon 32,59 min dolar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 43% azdır.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 milyard 746 milyon 64,19 min dollar (2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 25,9% ) təşkil edib. Hesabat dövründə ixracın həcmi 13 milyard 60 milyon 548,39 min dollar (azalma 28,6%), idxalın həcmi 9 milyard 685 milyon 515,8 min dollar (azalma 21,8%) təşkil edib.