BİZNES

28 Dekabr

Azərbaycana gətiriləcək vaksinlər vergidən azad edilir

Bakı 28 dekabr Fins.az

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Fins.az xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.