BİZNES

28 Dekabr

Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi azalıb

Bakı 28 dekabr Fins.az

Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə bu ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi azalıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, on bir ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 78,7 faiz təşkil edib.