Cari ilin yanvar-noyabr aylarında dəniz limanlarında 7 milyon 809,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 7 milyon 335 min tonunu və ya 93,9 faizini tranzit yüklər təşkil edib. Dekabrın 1-nə limanlarda qalan yüklərin həcmi 218,8 min ton olub.
On bir ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz azalaraq 19,2 min nəfər təşkil edib.