BİZNES

25 Dekabr

Biləsuvar gömrük postunda bayrağımız 35 metr hündürlükdə dalğalanacaq

Bakı 25 dekabr Fins.az

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə  yeni bayraq dirəyi quraşdırılıb 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük komitəsi məlumat yayımlayıb 

Məlumata görə, dekabrın 24-də üçrəngli   bayrağımız ucaldılıb.  Azərbaycan Respublikasının Dövlət Bayrağı postda xidmət edən Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən rəsmi mərasimlə havaya qaldırılaraq dalğalandırılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Eyni zamanda, “Biləsuvar” gömrük postu ərazisində dövlətimizin atributlarının əks olunduğu məlumat lövhəsi də yenilənib.