BİZNES

25 Dekabr

Ələkbərov dünyanın ən zəngin 99-cu adamı oldu

Bakı 25 dekabr Fins.az

“Lukoyl”un rəhbəri Vahid Ələkbərovun sərvəti 19,3 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu məlumatı “Forbes” jurnalı yayıb.

Məlumata görə, bu göstərici sayəsində Ələkbərov Rusiyanın ən zəngin 7-ci, dünyanın ən zəngin 99-cu adamı olub.