Dövlət Gömrük Komitəsi (DGK) yeni inzibati binasının tikintisinə 30 milyon manat (cari məzənnə ilə 17,65 milyon dollar) yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, DGK qeyd olunan işlərin yerinə yetirilməsi məqsədilə podratçı qismində “Progress” Sənaye-İstehsalat Şirkətini cəlb edib.
Şirkətlə 30 milyon manat dəyərində müqavilə bağlanıb.
Daha əvvəl Dövlət Gömrük Komitəsi yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərinin görülməsi üçün “Progress” şirkəti ilə 1 milyon 331 min 832,61 manat dəyərində müqavilə bağlamışdı