BİZNES

24 Dekabr

Mikayıl Cabbarov: 2021-ci ildə orta aylıq əməkhaqqı 727 manat proqnozlaşdırılır

Bakı 24 dekabr Fins.az

“2021-ci ildə orta aylıq əməkhaqqı 727 manat proqnozlaşdırılır"

Fins.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, şübhəsiz ki, işğaldan azad edilmiş torpaqlar həm də strateji iqtisadi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Qarabağın bərpasına 2,2 milyard manat ayrılır. Bu ərazilərin inkişafı gələcəkdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafına şərait yaradacaq.

Mikayıl Cabbarov həmçinin qeyd edib ki, beynəxalq nəqliyyat kommunikasiya layihələri məhz bu ərazilərdən həyata keçiriləcək. Bütün bunların yaxın vaxtlarda gerçəkləşməsi dövlət büdcəsinin əlavə gəlir mənbələrinin təmin olunmasına təkan verəcək.