BİZNES

24 Dekabr

Pandemiyadan zərər çəkmiş vergi ödəyiciləri və fərdi sahibkarlara nə qədər vəsait ödənilib

Bakı 24 dekabr Fins.az

Pandemiyasından zərər çəkən sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilən Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8 657 muzdlu işçini əhatə edən 1 776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib. 

Dövlət Vergi Xidmətindən fins.az-a verilən məlumata əsasən, 3-cü maliyyə paketi çərçivəsində pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 1 446,9 min manat vəsait ödənilib.

Qeyd olunan rayonlar üzrə fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 3-cü mərhələ çərçivəsində 12 982 vergi ödəyicisinə 5 991,9 min manat maliyyə dəstəyi göstərilib.

Ümumilikdə qeyd olunan rayonlar üzrə 3-cü mərhələ çərçivəsində vergi ödəyicilərinə və fərdi sahibkara 7 438,8 min manat vəsait ödənilib