BİZNES

18 phrase_var_core.december

Orxan Məmmədov:Layihə üzrə 20 regionda 100 yaxın sahibkar 5 kateqoriya üzrə məhsullarını təqdim edir

Bakı 18 dekabr Fins.az

Layihə üzrə 20 regionda 100-ə yaxın sahibkar 5 kateqoriya üzrə məhsullarını təqdim edib.

Fins.az xəbər verir ki,bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov "Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın sürətləndirilməsi "layihəsi çərçivəsində "Virtual Sahibkarlıq Yarmarkası"-nın açılışında deyib.

Layihə üzrə 20 regionda 100-yaxın sahibkar 5 kateqoriya  üzrə məhsullarını təqdim edir.Həm coğrafi əhatəlilik baxımından həm də geniş məhsul çeşidlərinin satışına dəstək platforması olaraq hesab edirəm ki, bu layihə çox effektiv olacaq.

O həmçinin"Diqqətimi çəkən məqam isə iştirakçıların mütləq əksəriyyətinin qadın olmasıdır.Bu isə ölkəmizdə xüsusilə  regionlarda qadın sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı BMT-nin Dayanıqlı inkişaf məqsədlərinə də xidmət edir."-deyə bildirib.

Müəllif:Aynur Qəniyeva