BİZNES

16 phrase_var_core.december

Azərbaycanda iqtisadiyyata qeyri-dövlət sektorunun sərmayədarlarının qoyduğu investisiyanın həcmi AÇIQLAMIB

Bakı 16 dekabr Fins.az 

Ümumi sərmayənin  58,9 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və
sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12716,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11,0 faiz azalıb.

Ümumi sərmayənin 8374,4 milyon manatı və ya 65,9
faizi məhsul istehsalı sahələrinin, 3185,0 milyon manatı (25,0 faizi) xidmət sahələrinin, 1157,2 milyon manatı (9,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.