2020 ci ilin yanvar sentyabr aylarında ən çox birbaşa investisiya qoyuluşları 46,1% artaraq 1 milyard 245,75 milyon dollar və ya ümumi həcmin 36,7%-i Böyük Britaniya şirkətləri tərəfindən həyata keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
İkinci yerdə Türkiyə 4,6% azalaraq 413,221 milyon dolar təşkil edib ki bu da ümumi həcmin 12,2%-ini təşkil edib.
Hesabat dövründə ABŞ üçüncü yerdə investisiyalarını 45 3% artıraraq 379.386 milyon dollarla qərarlaşıb.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırım etmiş investorların ilk onluğuna Yaponiya ($271,245 milyon), Rusiya ($149,192 milyon), Malayziya ($210,321 milyon), Kipr ($157,506 milyon), Norveç ($154,083 milyon), İran ($135,221 milyon) və Niderland ($52,363 milyon) da daxil olub.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa xarici investisiyalar $3 milyard 309,529 milyon (artım 27%) təşkil edib.