BİZNES

15 phrase_var_core.december

MİDA 9,1 milyon manatlıq müqavilə imzalayıb

Bakı 15 dekabr   Fins.az

Mənzil İnşaatı Dövlət Agentliyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisinə dair keçirilən tenderlərin qalibini müəyyənləşdirib.

"Fins.az"ın "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Agentliyin elan etdiyi tenderin qalibi "İdeal TM MMC” (NN Group MMC konsorsium) seçilib.
Şirkətlərlə ümumi dəyəri 9,1 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.
Müqavilələrə əsasən şirkət tərəfindən 1920 şagird yerlik orta məktəb binasının qazanxana ilə birlikdə tikintisi, avadanlıqlarla təchiz edilməsi və məktəb ərazinin abadlaşdırılması işləri aparılacaq.