BİZNES

14 Dekabr

Naxçıvanın ticarət dövriyyəsinin həcmi ARTIB

  Bakı 14 dekabr   Fins.az

Cari ilin yanvar-noyabr ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 3% üstələyərək 450 839,2 min ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsinin yayımladığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 0,8% artaraq 387 539,9 min dollar olub. Hesabat dövründə 324 240,6 min dollarlıq müsbət saldo yaranıb.