BİZNES

14 Dekabr

Naxçıvanda Ümumi Daxili Məhsulun həcmi AÇIQLANIB

  Bakı 14 dekabr   Fins.az

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 2 milyard 556 milyon 982 min manata yaxın olub.

Fins.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da bir il öncəki göstəricidən 1,1 çoxdur.
Muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% artaraq 5550,2 manatı ötüb.