İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) qida sənayesi sahəsində fəaliyyət göstərən azərbaycanlı sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edir.
AZPROMO-dan verilən məlumata görə, sərgi 2021-ci ilin 21-25 fevral tarixlərində baş tutacaq.
“Gulfood” beynəlxalq qida sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.