BİZNES

11 Dekabr

MİDA Hövsan qəsəbəsinin qərb hissəsində yaşayış kompleksinin tikintisini bu şirkətə həvalə edəcək

Bakı 11dekabr fins.az

Mənzil İnşaatı Dövlət Agentliyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisinə dair keçirilən tenderlərin qalibini müəyyənləşdirib.

Fins.az-ın "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Agentliyin elan etdiyi tenderin qalibi «HN Construction» MMC seçilib. Şirkətlərlə ümumi dəyəri 18,1 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən göstərilən ərazidə 29, 31, 38 və 40 nömrəli 9 mərtəbəli 2 bloklu, 30 və 39 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binaları inşa ediləcək.