BİZNES

11 Dekabr

Azərbaycanın pərakəndə ticarət şəbəkələrində neçə manatlıq mal satılıb?-MƏBLƏĞ

Bakı 11dekabr   Fins.az

 

2020-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara   35046,3 milyon manatlıq mal satılıb

Fins.az xəbər verir ki, o, cümlədən 18851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16194,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,0 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 35 046,3 98,6
o cümlədən:
ərzaq məhsulları 17 082,6 103,3
içkilər və tütün məmulatları 1 769,2 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 728,6 87,8
elektrik malları və mebellər 1 957,1 93,2
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 286,8 105,6
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 644,7 141,9
avtomobil benzini və dizel yanacağı 1 869,1 97,8
digər qeyri-ərzaq malları 5 708,2 95,5