Bakı, 10 dekabr Fins.az
Rosspotrebnazdoz Ermənistan və Azərbaycanın bir sıra rayonlarından meyvə-tərəvəz ixracına qadağa ilə bağlı qərarı Kreml ilə razılaşdırılmayıb, bunu etməyə məcbur deyil.
Fins.az xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Rosspotrebnazdoz bunu Kreml ilə razılaşdırmamalıdır. Bütün bunlar Nazirlər Kabineti ilə əlaqədə həyata keçirilir və həmin qərarların qəbul edilməsi ilə bağlı dəqiq meyarlar var”, - Peskov müvafiq suala cavabında jurnalistlərə bildirib.
O xatırladıb ki, Azərbaycanın və Ermənistanın bir sıra rayonlarından tərəvəz tədarükünün məhdudlaşdırılması ilə bağlı qərar “virus ilə əlaəqdar olub”.
“Əlbəttə ki, pandemiya şəraitində buna xüsusi diqqət ayrılır”, - Kremlin nümayəndəsi qeyd edib