14-19 dekabr tarixlərində Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Fins.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı, “BestComp Group” MMC və “BP” şirkətinin baş sponsorluğu ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.
Məlumata görə,yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində “InnoWeek” çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil ediləcək. Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir.