BİZNES

07 Dekabr

Azərbaycanda bu şirkət müflis elan edilən şirkətin hüququi varisi elan olunub

"Qaradağ Tikinti Quraşdırma" Açıq Səhmdar Cəmiyyəti(VÖEN-1100048481) ayrılma yolu ilə yenidən təşkil olunub/

Fins.az xəbər verir ki, bu barədə şirkətin yayımladığı məlumatda bildirilir.

Məlumata görə, Yenidən təşkil edilmə  proseduru nəticəsində yaradılan "INVEST IN PROPERTY" Məhdud Məsuliyyətli Cəmiyyəti "Qaradağ Tikinti Quraşdırma" ASC-nin hüquqi varisi hesab olunur.

Qeyd edək ki, əvvəl “Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarları vergi öhdəliklərinin və müflis elan olunmasına dair müzakirələr edilmişdi.