1 milyon 100 min manat nizamnamə kapitalına malik olan "Güvən" Mənzil Tikinti Kooperativi (MTK) adını dəyişib.
Fins.az xəbər verir ki, MTK fəaliyyətini "İnternational Development Group" MTK adı ilə davam etdirəcəkdir.
2012-ci ildə dövlət qeydiyyatına alınmış MTK-nın qanuni təmsilçisi İsmayılova Aytən Mirzə qızı, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov, ev6,mənzil 589-dur.