BİZNES

02 Dekabr

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 165,5mln  dollar dəyərində ixrac həyata keçirib

Bakı, 2 dekabr Fins.az

2020-ci ilin yanvar-noyabr aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan 165,5 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Yanvarda bu göstərici 13,8 milyon dollar, fevralda 8,1 milyon dollar, martda $15,3 milyon, аpreldə 2,2 milyon dollar , mаyda 15,5 milyon dollar, iyunda 23,7 milyon dollar, iyulda 17 milyon dollar, avqustda 19,5 milyon dollar, sentyabrda 19 milyon dollar, oktyabrda 15 milyon dollar , noyabrda 16,7 milyon dollar təşkil edib.