BİZNES

25 Noyabr

Naxçıvanda əsas kapitala yönələn vəsait artıb

Bu ilin yanvar-oktyabr aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 859,18 mln. manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1% çoxdur.

Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

 Məlumata görə, bu ilin 10 ayında əsas kapitala yönəldilən vəsaitin 810,74 mln. manatdan çoxu və ya 94,4%-i tikinti-quraşdırma işlərinin payına düşüb.