BİZNES

24 Noyabr

İnnovasiyalar Agentliyi 2 milyon dollar qrant alıb

Bakı, 24 noyabr Fins.az

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi 2 milyon ABŞ dolları məbləğində qrant alıb.

Fins.az xəbər verir ki, sözügedən layihə innovasiya siyasətinin və onun icra prosesinin səmərəliliyinin artırılmasına, eyni zamanda, Azərbaycanda dayanıqlı innovasiya sisteminin inkişafına töhfə verəcək. “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin 2021-2024-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi qeyri-neft sektoruna aid fəaliyyət sahələrini dəstəkləyir. Qurum daha güclü və dayanıqlı iqtisadi fəaliyyətə xidmət etmək məqsədilə həm şəxsi biznes, həm də dövlət strukturları səviyyəsində innovasiyaların tətbiqinə yönələn layihələrin reallaşdırılmasını planlaşdırır.