BİZNES

24 Noyabr

“Göyəzən” ASC idarə heyətinə yeni sədr seçiləcək

Bakı, 24 noyabr Fins.az

“Göyəzən” ASC-nin 29 dekabr 2020-ci il tarixdə yerləşən inzibati binada Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə “Göyəzən” ASC-nin elanında məlumat verilib. 

Məlumata görə, iclasda  “Göyəzən” ASC-nin Direktorlar Şurasına (Müşahidə Şurasına) yeni üzvlərin və sədrin seçilməsi,“Göyəzən” ASC-nin İcra orqanın (İdarə Heyətinin) yenidən formalaşdırılması və İdarə Heyətinin sədrinin seçilməsi, “Göyəzən” ASC-nin Maliyyə-Təftiş Komissiyasının (müfəttiş) yenidən formalaşdırılması müzakirə ediləcək.

Müəllif: Aynur Qəniyeva