BİZNES

18 Noyabr

Sahibkarlığın İnkişafı Fondu maliyyə hesabatının auditorunu seçir

Bakı, 18 noyabr Fins.az

Sahibkarlığın İnkişafı Fondu (SİF) 2020-ci il üçün maliyyə hesabatının auditorunu seçir.

Fins.az bu barədə fondun elanında deyilir.

Seçim kotirovka sorğusu üsulu ilə keçirilir, şirkətlər təkliflərini 20 noyabr saat 12:00-dək təqdim edə bilərlər.

SİF-in 2019-cu il üçün maliyyə hesabatının auditi "UHY Audit" QSC tərəfindən həyata keçirilib.

1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.