BİZNES

18 Noyabr

“PAŞA Holdinq” yeni şirkət yaradıb

Bakı, 18 noyabr Fins.az 

“Baku Vinter Park Hotel Company” MMC-ni dövlət qeydiyyatına alıb.

Fins.az xəbər verir ki,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti  məlumat yayımlayıb.

Yeni şirkət “PAŞA Holdinq” MMC-yə məxsus hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də (“Port Baku”) qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Səidə Əflatun qızı Baxşıyevadır. O, bir qədər əvvəl fəaliyyətini dayandırmış “Bakı-XXI Əsr” MMC-nin direktoru olub.