Bakı, 18 noyabr Fins.az
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 10 milyard 6,8 milyon dollar, idxalın dəyəri 7 milyard 823,5 milyon dollar təşkil edib, nəticədə 2 milyard 183,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10 faiz azalıb.