BİZNES

18 Noyabr

“Xətai-Çörək” yeni idarə heyəti və müşahidə şurasının üzvləri seçiləcək

Bakı, 18 noyabr Fins.az

“Xətai-Çörək” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiləcək.

Fins.az xəbər verir ki,bu barədə şirkətin elanında məlumat verilir.

Məlumata görə, 30 dekabr 2020-ci il saat 15.00-da pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə keçiriləcək.

Qeyd olunur ki, iclasda 2019-cu il üzrə maliyyə - təsərrüfat fəaliyyətinin hesabatı,cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi,idarə heyətinin seçilməsi,təftiş komissiyasının yaradılması müzakirə ediləcək.

Müəllif: Aynur Qəniyeva