BİZNES

16 Noyabr

Azərbaycanın xarici ticarətində müsbət saldo

Bakı, 16 noyabr Fins.az 

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 12 234 023,59 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 8 767 356,16 min. dollar olub ki, bu da  3 466 667,4 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Fins.az xəbər verir ki, bu barədə  Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 25,7% azalaraq 21 001 379,8 min ABŞ dolları təşkil edib.