BİZNES

16 Noyabr

Azərbaycanda bu şəxslər üçün mənzillər alınacaq​

Bakı, 16 noyabr Fins.az 

Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 642 mənzilin satın alınmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.

Fins.az  "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Nazirliyin elan etdiyi tenderlərin qalibləri "AN İnşaat" MMC, "Prime İnşaat" MTK və Fiziki şəxs Nizami Cavanşir oğlu Abdullayev seçilib.
Şirkətlərlə ümumi dəyəri 3,76 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.