BİZNES

13 Noyabr

Azərbaycanın idxal - ixrac əməliyyatlarında müsbət saldo yaranıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumatda bilirilir ki, 107 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 17830,3 milyon ABŞ dolları təşkil edib.Ticarət dövriyyəsinin 10006,8 milyon dollarını və ya 56,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 7823,5 milyon dollarını (43,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2183,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22,0 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10,0 faiz azalmışdır.